UEFA "Mançester Yunayted" - PSJ matçı ilə bağlı intizam işi açıb

UEFA "Mançester Yunayted" - PSJ matçı ilə bağlı intizam işi açıb Bakı. 13 fevral. REPORT.AZ/ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilmiş Mançester Yunayted (İngiltərə) - PSJ (Fransa) matçı ilə bağlı intizam işi açıb.
Futbol
174162
13 Fevral , 2019 20:05
UEFA Mançester Yunayted - PSJ matçı ilə bağlı intizam işi açıb

Bakı. 13 fevral. REPORT.AZ/ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilmiş "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) matçı ilə bağlı intizam işi açıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin azarkeşləri sözügedən qarşılaşmada tribunaları bloklayıb və meydana yad əşyalar atıblar. 

Paris klubunun fanatları isə meydana əşyalar atmaqla yanaşı, görüşdə pirotexniki vasitələrdən istifadə etməkdə və iğtişaşlar yaratmaqda ittiham olunur.

Bu məsələ ilə bağlı qərar fevralın 28-də açıqlanacaq. 

Qeyd edək ki, matç PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab oyunu martın 6-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi