"Mançester Yunayted" məğlubiyyətsizlik seriyasını 11-ə çatdırıb

"Mançester Yunayted" məğlubiyyətsizlik seriyasını 11-ə çatdırıb Bakı. 28 fevral. REPORT.AZ/ Kristal Pelas futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turunda Mançester Yunaytedi qəbul edib.
Futbol
28 Fevral , 2019 06:27
Mançester Yunayted məğlubiyyətsizlik seriyasını 11-ə çatdırıb

Bakı. 28 fevral. REPORT.AZ/ "Kristal Pelas" futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turunda "Mançester Yunayted"i qəbul edib.

“Report” xəbər verir ki, Londonun "Selherst Park"stadionunda baş tutan görüş 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Beləliklə, "Mançester Yunayted" bu qələbə sayəsində Premyer Liqada məğlubiyyətsizlik seriyasını 11 oyuna, xallarının sayını isə 55-ə çatdırıb. Komanda hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Kristal Pelas (30) 14-cü yerdədir. Çempionata 69 xalla "Liverpul" liderlik edir.

İngiltərə Premyer Liqası. 28-ci tur

"Kristal Pelas" – "Mançester Yunayted" - 1:3

Qollar: 0:1 – Lukaku – 33, 0:2 – Lukaku – 52, 1:2 – Uord – 66, 1:3 – Yanq – 83

Son xəbərlər

Orphus sistemi