"Mançester Yunayted" klubu baş məşqçisi ilə vidalaşıb

"Mançester Yunayted" klubu baş məşqçisi ilə vidalaşıb İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.
Futbol
346
21 Noyabr , 2021 14:34
Mançester Yunayted klubu baş məşqçisi ilə vidalaşıb

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.

"Report" Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında "Mançester Yunayted"in sükanı arxasına keçmişdi.

Son xəbərlər

Orphus sistemi