"Mançester Yunayted"in müdafiəçisi mövsümün qalan hissəsini buraxa bilər
Futbol
- 03 fevral, 2025
- 13:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Lisandro Martines mövsümün qalan hissəsini buraxa bilər.
"Report" "Manchester Evening News"ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Kristal Pelas"la (0:2) matçda, top uğrunda mübarizə zamanı İsmaila Sarrla mübarizədə dizindən zədə alıb.
Argentinalı futbolçu 82-ci dəqiqədə Matteys de Liqtlə əvəzlənib və meydanı xərəkdə tərk etməli olub. Argentina millisinin heyətində dünya çempionu olan müdafiəçinin böyük ehtimalla cari mövsümün sonuna qədər sıradan çıxacağı bildirilib.
Qeyd edək ki, L.Martines 2024/2025 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 32 matçda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
07:11
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
Region
06:49
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
Digər ölkələr
06:18
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
Digər ölkələr
05:52
Papua-Yeni Qvineya sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
05:04
İngiltərə millisi Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
Futbol
04:31
Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib
Digər ölkələr
04:27
Albaniya 2028-ci ildə NATO sammitinə ev sahibliyi edə bilər
Digər ölkələr
04:02
İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb
Komanda
03:56
Rumıniya ABŞ hərbi kontingentinin ölkədə genişləndirilməsini təklif edib
Digər ölkələr