"Mançester Yunayted"in futbolçusu "Yuventus"a keçə bilər
Futbol
- 13 may, 2025
- 09:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İcarə əsasında İspaniya təmsilçisi "Betis"də çıxış edən İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Antoni karyerasını İtaliyada davam etdirə bilər.
"Report" "Football Espana" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" 25 yaşlı hücumçunu heyətinə cəlb etmək istəyir.
İngilislər braziliyalı oyunçunun keçidindən 40-50 milyon avro qazanmaq niyyətindədir. "Betis" də onun komandada qalması üçün çalışır. Sevilya klubu yalnız Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə bu transferi gerçəkləşdirə biləcək.
İspaniya təmsilçilərindən "Atletiko" və "Vilyarreal" da Antoni ilə maraqlanır.
Qeyd edək ki, hücumçu cari mövsüm "Betis"də 22 matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
08:51
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət
08:43
Ceyhun Bayramovun çinli həmkarı görüşü başlayıb
Xarici siyasət
08:37
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
Ekologiya
08:35
ABŞ Rusiyanın "kölgə donanması"na qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir
Digər ölkələr
08:24
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur
08:04
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:46
Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayırıb
Digər ölkələr
07:18
ABŞ-nin səkkiz ştatı OpenAI şirkətinə qarşı iddia qaldırıb
Digər ölkələr
06:50
Şimali Koreya iki növ sualtı qayıqdan atılan strateji kruiz raketlərini sınaqdan keçirib
Digər ölkələr