“Mançester Yunayted” derbidə qalib gəldi

“Mançester Yunayted” derbidə qalib gəldi İngiltərə Premyer Liqasında XXIX turun mərkəzi görüşü “Mançester Yunayted” və “Mançester Siti” komandaları arasında keçirilib.
Futbol
8 Mart , 2020 22:33
“Mançester Yunayted” derbidə qalib gəldi

İngiltərə Premyer Liqasında XXIX turun mərkəzi görüşü “Mançester Yunayted” və “Mançester Siti” komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşmadan meydan sahibləri qalib ayrılıb – 2:0. Hesabı 30-cu dəqiqədə Antoni Marsyal açıb. Son nöqtəni isə 90+6-cı dəqiqədə Skott Maktominay qoyub.

Bu qələbədən sonra xalını 45-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Mançester Siti" isə 57 xalla 2-cidir.

Son xəbərlər

Orphus sistemi