"Mançester Siti" qış transfer pəncərəsində heyətinə futbolçu cəlb etməyəcək

"Mançester Siti" qış transfer pəncərəsində heyətinə futbolçu cəlb etməyəcək Bakı. 14 dekabr. REPORT.AZ/ İngiltərənin Mançester Siti klubu qış transfer pəncərəsində heyətinə futbolçu cəlb etməyəcək.
Futbol
14 Dekabr , 2018 19:01
Mançester Siti qış transfer pəncərəsində heyətinə futbolçu cəlb etməyəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu qış transfer pəncərəsində heyətinə futbolçu cəlb etməyəcək.

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola məlumat verib.

Qeyd edək ki, "Mançester Siti" yay transfer pəncərəsində "Lester"dən hücumçu Riyad Mahrezi (67 milyon avro), Hollandiya "Zvolle"sindən müdafiəçi Filip Sandler və Şotlandiya "Seltik"indən Daniel Arzanini (890 min avro) heyətinə qatıb. Komanda hazırda İngiltərə Premyer Liqasında 41 xalla ikinci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi