"Mançester Siti” Messinin transferi variantına baxmağa hazırdır

"Mançester Siti” Messinin transferi variantına baxmağa hazırdır Lionel Messi “Barselona” klubunu tərk edəcəyi təqdirdə “Mançester Siti" argentinalı hücumçunun komandaya keçidi variantına baxmağa hazırdır.
Futbol
10 Oktyabr , 2020 06:59
Mançester Siti” Messinin transferi variantına baxmağa hazırdır
Lionel Messi

Lionel Messi "Barselona" klubunu tərk edəcəyi təqdirdə "Mançester Siti" argentinalı hücumçunun komandaya keçidi variantına baxmağa hazırdır.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, bu barədə "Mançester Siti"nin əməliyyat direktoru Omar Berrad bildirib.

O, qeyd edib ki, İngiltərə klubu argentinalının və “Barselona”nın münasibətlərinə müdaxilə etmək istəmir, ancaq futbolçunun keçidi haqqında danışıqlara hazırdır.

"Əgər Messinin "Mançester Siti"yə real keçid imkanı olsaydı, biz ona baxardıq. Aydındır ki, Messi dünyanın ən yaxşı oyunçusudur, buna görə istənilən klub onun öz heyətində oynamasına nail olmaq istərdi", - o bildirib.

Bu yay transfer pəncərəsində hücumçu katalon klubunu tərk edə bilərdi, ancaq rəhbərlik onu qalmağa inandırmağı bacardı. Messinin karyerasının davam etməsi üçün ən ehtimal edilən klub "Mançester Siti" hesab edilir.

Son xəbərlər

Orphus sistemi