İngiltərənin "Mançester Siti" kollektivi "Liverpul"un 27 yaşlı vingeri Luis Diaza görə 70 milyon avro ödəməyə hazırdır.
"Report" İngiltərə mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" kolumbiyalı futbolçu ilə ilkin razılığa gəlib.
Yaxın zamanda onunla 5 illik müqavilə bağlanacaq. Diazın hazırda mersisaydlılarla olan hazırkı sözləşməsi isə 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Luis Diaz ötən mövsüm "Liverpul"un heyətndə 51 görüşdə meydana çıxıb və 13 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir.