"Mançester Siti" iki illik Çempionlar Liqasından kənarlaşdırıldı - RƏSMİ

"Mançester Siti" iki illik Çempionlar Liqasından kənarlaşdırıldı - RƏSMİ Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərənin Mançester Siti klubunun Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoyub.
Futbol
14 Fevral , 2020 22:50
Mançester Siti iki illik Çempionlar Liqasından kənarlaşdırıldı - RƏSMİ

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərənin "Mançester Siti" klubunun Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoyub.

“Report” un xəbərinə görə, klub maliyyə fırıldaqçılığında ittiham edilir.

Qərara əsasən, İngilis klubunun Avropa yarışlarında iştirakı iki il müddətinə ləğv edilib və 30 milyon avro məbləğində cərimələnib.

Beləliklə, "Mançester Siti" 2020/2021 və 2021/2022 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.

Qeyd edək ki, "Mançester Siti"nin 2012-2016-ci illər aralığında maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi