"Mançester Siti" İngiltərə Superkubokunda "Çelsi"ni məğlub edib - VİDEO

Futbol
  • 05 avqust, 2018
  • 16:58
Mançester Siti İngiltərə Superkubokunda Çelsini məğlub edib - VİDEO

Bakı. 5 avqust. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu İngiltərə Superkubokunun qalibi olub.

“Report” xəbər verir ki, "şəhərlilər" "Uembli" stadionunda keçirilən final matçında "Çelsi"ni 2:0 hesabı ilə məğlub ediblər.

Qalib komandanın heyətində argentinalı hücumçu Serxio Aquero dubl edib.

"Mançester Siti" İngiltərə Superkubokunu sonuncu dəfə 2012-ci ildə götürüb və bu, onun sözügedən kubokda 5-ci qalibiyyəti olub.

"Mançester Siti" İngiltərə Superkubokunda "Çelsi"ni məğlub edib - VİDEO