"Mançester Siti" çempionluq yolunda vacib qələbə qazanıb

"Mançester Siti" çempionluq yolunda vacib qələbə qazanıb Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.
Futbol
172
8 May , 2022 21:26
Mançester Siti çempionluq yolunda vacib qələbə qazanıb

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, çempionluğa iddialı "Mançester Siti" evdə "Nyukasl"ı qəbul edib. "Etihad" stadionundakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Şəhərlilər"dən qolları 19-cu və 90+3-cü dəqiqələrdə Rahim Sterlinq, 38-ci dəqiqədə Aymerik Lapor, 61-ci dəqiqədə Rodri və 90+1-ci dəqiqədə Fil Foden vurub.

Bu qələbədən sonra xallarını 86-ya çatdıran "Mançester Siti" liderliyini möhkəmlədib. Hazırda Mançester təmsilçisini ən yaxın izləyicisi "Liverpul"dan 3 xal ayırır.

"Nyukasl" isə 43 xalla 13-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi