"Mançester Siti" avrokuboklardan kənarlaşdırıla bilər

"Mançester Siti" avrokuboklardan kənarlaşdırıla bilər UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə Təhqiqat Palatası İngiltərənin Mançester Siti klubunu Avropa kuboklarından kənarlaşdıra bilər.
Futbol
14 May , 2019 02:42
Mançester Siti avrokuboklardan kənarlaşdırıla bilər

UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə Təhqiqat Palatası İngiltərənin "Mançester Siti" klubunu Avropa kuboklarından kənarlaşdıra bilər.

"Report" "New York Times" nəşrinə istinadən xəbər verir ki, səbəb maliyyə feyr-pleyinin pozulmasıdır.

Palata rəhbəri buna görə klubu bir il müddətinə diskvalifikasiya etmək istəyir. İngiltərə təmsilçisi 2014-cü ildə maliyyə feyr-pleyinin pozulması barədə qaldırılmış iş üzrə və sponsorluq müqavilələrin həcmi barədə doğru olmayan informasiya verməkdə şübhəli bilinir. Həmin vaxt "şəhərlilər" 49 milyon funt-sterlinq (təqribən 63 milyon dollar) məbləğində cərimə olunmuşdu. Klub isə bütün ittihamları rədd edib. Qeyd edək ki, "Mançester Siti" 2018-2019 mövsümündə İngiltərə çempionu olub.   

Son xəbərlər

Orphus sistemi