"Mançester Siti" "Atletiko"nun futbolçusunu 70 milyon avroya transfer edib
Futbol
- 03 iyul, 2019
- 15:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Siti" klubu İspaniyanın "Atletiko" (Madrid) komandasının futbolçusu Rodriqo Ernandesi heyətinə qatıb.
"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər" 23 yaşlı yarımmüdafiəçinin sərbəst qalma məbləğini ödəyib.
"Atletiko" bu transferdən 70 milyon avro qazanıb. Bildirilib ki, Ernandes klubla 2023-cü ilin yayına qədər olan müqaviləsini bir tərəfli ləğv edib.
Qeyd edək ki, Rodriqo Ernandes 2018/2019 mövsümündə La Liqada 34 oyunda meydanda olub. O, bu qarşılaşmalarda 3 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Çempionlar Liqasında 8, İspaniya Kubokunda isə 4 qarşılaşmada iştirak edib.
Son xəbərlər
21:19
Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb
Digər ölkələr
20:55
Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək
Digər ölkələr
20:47
Foto
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Daxili siyasət
20:43
Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib
Digər ölkələr
20:42
Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Futbol
20:34
NATO şərq cinahında hava və antidron müdafiəsini gücləndirəcək
Digər ölkələr
20:20
Merts: Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır
Digər ölkələr
20:15
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb
Futbol
20:03
Nazir müavini: Azərbaycan və Albaniya energetika, ticarət və investisiya sahələrində əməkdaşlığı genişləndirir
Xarici siyasət