"Mançester Siti" 19 yaşlı futbolçu ilə müqavilə imzalayıb
Futbol
- 31 yanvar, 2019
- 16:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 yanvar. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu Xorvatiyanın "Hayduk" komandasının futbolçusu Ante Palaversa ilə müqavilə imzalayıb.
"Report" Split təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə olan sözləşmə 2022-ci ilin yayına kimi nəzərdə tutulub.
Gənc oyunçu qarşıdakı 1.5 il müddətində icarə əsasında "Hayduk"da çıxış edəcək. Lakin "Mançester Siti" futbolçusunu 2020-ci ilin yanvarında komandaya qaytara bilər.
Qeyd edək ki, Ante Palaversa "Hayduk"un yetirməsidir. O, bu mövsüm komandanın heyətində 17 oyunda meydanda olub və iki qol vurub.
Son xəbərlər
09:21
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
Digər
09:20
Azərbaycanda ehtiyat fondlarına ayırmalar sabit saxlanılır
Maliyyə
09:16
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Maliyyə
09:13
Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək
Futbol
09:11
"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
Maliyyə
09:08
ADB Azərbaycanın elektrik şəbəkələrini modernləşdirmək üçün TİƏ-tə 350 min dollar ayıracaq
Energetika
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.10.2026)
Maliyyə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.10.2026)
Maliyyə
09:01
EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə Bosniya və Herseqovina klubu ilə qarşılaşacaq
Komanda