"Avrokubokların seçmə oyunlarında asan rəqib gözləyə bilmərik. "Sumqayıt" adi komanda deyil".
"Report" xəbər verir ki, bu fikirləri Şimali Makedoniyanın "Şkendiya" klubunun futbolçusu Lyupço Doriev "Sumqayıt"la qarşılaşacaqları Avropa Liqasının I təsnifat mərhələsinin oyunu barədə danışarkən deyib.
Klubun rəsmi saytına açıqlama verən 25 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisinin yaxşı keyfiyyətə malik komanda olduğunu bildirib. Makedoniyalı oyunçu mərhələ keçə biləcəklərinə inandığını söyləyib: "Bu il təsnifat mərhələsi bir oyundan ibarətdir və biz səfərdə oynayacağıq. Yaxşı formada olsaq, bunun öhdəsindən gələ bilərik. Bu, heç də asan olmayacaq, amma mərhələ keçəcəyimizə inanıram".
Qeyd edək ki, "Sumqayıt" - "Şkundiya" matçı avqustun 27-də keçiriləcək.