Mahir Emreli Polşa çempionatında ilk qolunu vurub

Mahir Emreli Polşa çempionatında ilk qolunu vurub Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Varşava təmsilçisinin heyətində növbəti qolunu vurub.
Futbol
19 Sentyabr , 2021 21:25
Mahir Emreli Polşa çempionatında ilk qolunu vurub
Mahir Emreli

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Varşava təmsilçisinin heyətində növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu "Qurnik Lençna" komandasına 3:1 hesabı ilə qalib gəldikləri Ekstraklasanın VIII tur matçında fərqlənib.

Fasilədən sonra Tomaş Pexartın yerinə meydana daxil olan forvard 79-cu dəqiqədə görüşdə son nöqtəni qolub. Bu, onun Polşa çempionatında ilk qolu olub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 9-a çatdıran "Legiya" 12-ci pillədə qərarlaşıb. Paytaxt klubu rəqiblərindən 2 oyun az keçirib.

Son xəbərlər

Orphus sistemi