Rusiya klubunun əməkdaşları koronavirusa yoluxdu

Futbol
  • 07 may, 2020
  • 14:56
Rusiya klubunun əməkdaşları koronavirusa yoluxdu

Rusiyanın "Lokomotiv" futbol klubunun iki əməkdaşında koronavirusun simptomları aşkarlanıb.

"Report"un Moskva təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, virusa yoluxanlardan biri xəstəxanaya yerləşdirilib.

Digəri isə müalicəsini ev şəraitində davam etdirir.

Qeyd edək ki, bu gün Moskva "Spartak"ının prezidenti Leonid Fedun da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

44 filmi