"Liverpul"un yeni transferi koronavirusa yoluxdu

"Liverpul"un yeni transferi koronavirusa yoluxdu İngiltərə "Liverpul"unun futbolçusu Tyaqo Alkantara koronavirusa yoluxub.
Futbol
1212
29 Sentyabr , 2020 22:13
Liverpulun yeni transferi koronavirusa yoluxdu
Tyaqo Alkantara

İngiltərə "Liverpul"unun futbolçusu Tyaqo Alkantara koronavirusa yoluxub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi tibbi tövsiyələrə uyğun olaraq karantinə göndərilib. 

"Qırmızılar" gələcəkdə də COVID-19 ilə əlaqədar bütün protokollara əməl etməyi planlaşdırır. Alkantaranın özünütəcrid rejimində lazım olduğu qədər qalacağı vurğulanıb. 

Qeyd edək ki, Tyaqo Alkantara "Liverpul"a sentyabrın 18-də Almaniya "Bavariya"sından 20 milyon avroya keçib. 

Son xəbərlər

Orphus sistemi