"Liverpul"un müdafiəçisi İspaniya klubuna keçmək qərarına gəlib

"Liverpul"un müdafiəçisi İspaniya klubuna keçmək qərarına gəlib İngilətərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksander-Arnold İspaniya təmsilçisi "Real"a keçmək qərarına gəlib.
Futbol
17 Oktyabr , 2024 12:49
Liverpulun müdafiəçisi İspaniya klubuna keçmək qərarına gəlib
Trent Aleksander-Arnold

İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksander-Arnold İspaniya təmsilçisi "Real"a keçmək qərarına gəlib.

"Report" xaric KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü gələn yay "Real"a qoşulmağı planlaşdırsa da, klub onun keçidini bu qış reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, 2025-ci ilə qədər "Liverpul"la müqaviləsi olan futbolçu məhz bu klubun yetirməsidir. 25 yaşlı müdafiəçi 2016-cı ildən əsas komandada çıxış edir. Məşhur "Transfermarkt" portalı onu 70 milyon avro dəyərində qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi