"Liverpul" 20 ildə ilk dəfə "Everton"a uduzdu

"Liverpul" 20 ildə ilk dəfə "Everton"a uduzdu "Liverpul" İngiltərə çempionatının 25-ci turunun matçında "Everton"a 0:2 hesabı ilə uduzub
Futbol
21 Fevral , 2021 00:48
Liverpul 20 ildə ilk dəfə Evertona uduzdu

"Liverpul" İngiltərə çempionatının 25-ci turunun matçında "Everton"a 0:2 hesabı ilə uduzub.

“Report” xəbər verir ki, matç azarkeşlərin iştirakı olmadan "Enfild" stadionunda keçirilib.

Qarşılaşmada hesab üçüncü dəqiqədə açılıb – Rişarlison fərqlənib. Rəqibin qapısına ikinci qolu Qilfi Siqurdsson penaltidən vurub.

Qeyd edək ki, "Everton" 1999-cu ilin sentyabrından bu stadionda 14 dəfə uduzub.

Beləliklə, "Everton" "Enfild"də 22 illik məğlubiyyət seriyasını başa vurub.

Son xəbərlər

Orphus sistemi