Messi azarkeşlərə müraciət etdi

Messi azarkeşlərə müraciət etdi İspaniya "Barselona"sının futbolçusu Lionel Messi komandanın azarkeşlərinə video-müraciət ünvanlayıb.
Futbol
30 Sentyabr , 2020 11:41
Messi azarkeşlərə müraciət etdi
Lionel Messi

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi komandanın azarkeşlərinə video-müraciət ünvanlayıb. 

"Report"un məlumatına görə, argentinalı hücumçu bütün fikir ayrılıqlarına son qoymaq istədiyini bildirib. 33 yaşlı forvard deyib ki, kluba aid hər kəs birliyini qorumalı və daha yaxşı şeylərin irəlidə olduğunu anlamalıdır: "Ehtiras və motivasiyanın vəhdəti hədəfə çatmağın yeganə yoludur. Biz daim bütöv olmalı və bu istiqamətdə hərəkət etməliyik". 

Messi öz səhvlərinə görə məsuliyyət daşıdığını etiraf edib: "Mən yanlışlığa yol vermişəmsə, bu, "Barselona"nın daha yaxşı və güclü olması üçün edilib. Bütün azarkeşlərimizə çağırış etmək istərdim: Nə vaxtsa söz və ya hərəkətlərim kiməsə toxunubsa, öz tərəddüdlərinə son versinlər. Həmişə "Barselona" üçün ən yaxşısını istəmişəm". 

Qeyd edək ki, Lionel Messi yayda "Barselona"nı tərk etmək istədiyini bildirib. Lakin klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb. 
 

Son xəbərlər

Orphus sistemi