Lionel Messi İbitsada otel alıb

Lionel Messi İbitsada otel alıb Bakı. 29 mart. REPORT.AZ/ İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi İbitsa adasında otel alıb.
Futbol
29 Mart , 2018 13:32
Lionel Messi İbitsada otel alıb

Bakı. 29 mart. REPORT.AZ/ İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi İbitsa adasında otel alıb.

“Report” “The Sun”na istinadən xəbər verir ki, obyekt ikinci sahil xəttində - ən məşhur çimərliklərin birində yerləşir.

Oteldə 52 otaq, böyük hovuz, damda gözəl mənzərəli bar var. VİP xidmətlərin də təklif olunduğu mehmanxananın gecəsi 226 – 525 funt sterlinq təşkil edir.

Qeyd edək ki, Lionel Messi ötən il İspaniyanın Sidjes bölgəsində 26 milyon funt sterlinqə 4 ulduzlu otel alıb.

Son xəbərlər

Orphus sistemi