"Lion" Fransanın Peşəkar Futbol Liqasını məhkəməyə verdi
- 08 may, 2020
- 01:45
Yeniliklərdən dərhal xəbərdar olun!
"Lion" futbol klubunun prezidenti Jan-Mişel Ola klubun mövsümü vaxtından əvvəl başa çatdırdığına görə Fransanın Peşəkar Futbol Liqasını məhkəməyə verdiyini bildirib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, klub liqa ilə bağlı iki məhkəmə iddiası qaldırıb.
"Lion"un Direktorlar Şurası məhkəmə iddiası irəli sürmək barədə qərar qəbul etdi. Pul "Lion" üçün əsas məsələ deyil. Biz əvvəlcə mövsümün davam etdirilməsi imkanını öyrənməyi tələb etdik. İdman naziri Roksana Marasinyanın qərarı 3 avqust tarixə əsaslandırılıb, hansı ki, UEFA-ın hesabatlarında yoxdur.
Biz baş nazir Eduar Filiplə və səhiyyə naziri Olivye Veranla bütün Avropa ölkələrində yaşıl işıq verən və mövsümü davam etdirmək şansını aydınlaşdıran səhiyyə protokollarını təfərrüatı ilə müzakirə edə bilərik", - deyə Ola “L Equipe du Soir”a bildirib.
"Lion" prezidenti həmçinin əlavə edib ki, klub başa çatmış mövsümün nəticələrinə etiraz etmək istəyir.
"İkinci iddia Birinci Liqada mövsümün vaxtından əvvəl necə başa çatmasına və yekun nəticələrin necə hesablanmasına aiddir. Biz bunun qanuni olub-olmadığını aydınlaşdırmaq istəyirik.
Biz bu qərarın klublara zərər vurub-vurmayacağını təhlil etməli, baxmalıyıq", - Ola əlavə edib.
"Lion" mövsümünün nəticəsinə görə çempionatda yeddinci yer tutub və uzun müddət ərzində ilk dəfə Avrokuboka düşməyib.