"Leyptsiq" Macarıstan millisinin üzvünü transfer etdi

"Leyptsiq" Macarıstan millisinin üzvünü transfer etdi Almaniyanın "Leyptsiq" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
17 Dekabr , 2020 21:45
Leyptsiq Macarıstan millisinin üzvünü transfer etdi
Domenik Soboslain

Almaniyanın "Leyptsiq" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Avstriya "Zaltsburq"undan Domenik Soboslaini transfer edib.

Macarıstan millisinin yarımmüdafiəçisi ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 20 yaşlı oyunçu yeni komandasında 17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Dominik Soboslai cari mövsüm 20 oyunda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi