Leonid Slutski Hollandiya komandasının baş məşqçisi təyin olunub
Futbol
- 12 mart, 2018
- 12:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 mart. REPORT.AZ/ Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Slutski Hollandiyanın “Vitess” klubuna rəhbərlik edəcək.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanılıb. O, işinin icrasına cari mövsüm başa çatdıqdan sonra başlayacaq. Slutski Hollandiyada işləyəcək ilk rusiyalı məşqçi olacaq.
Qeyd edək ki, Erediviziyada çıxış edən “Vitess” 27 turdan sonra 41 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın hazırkı baş məşqçisi Henk Freyzer cari mövsümün yekununda postunu tərk edəcək. Son iş yeri İngiltərə “Hall Siti”si olan Slutski karyerası ərzində Rusiyanın müxtəlif komandalarına, o cümlədən Moskva MOİK-inə rəhbərlik edib.
Son xəbərlər
08:08
Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb - yenilənib
Digər ölkələr
07:43
İlon Mask Corc Sorosu geridə qoyub
Digər ölkələr
07:26
"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
Digər ölkələr
06:45
Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
Energetika
06:25
"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
Energetika
05:55
"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsini icarəyə götürmək istəyir
İKT
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr