"Legiya" "Qarabağ"ın yarımmüdafiəçisini transfer etmək istəyir

"Legiya" "Qarabağ"ın yarımmüdafiəçisini transfer etmək istəyir Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır.
Futbol
26 Dekabr , 2021 16:23
Legiya Qarabağın yarımmüdafiəçisini transfer etmək istəyir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Varşava təmsilçisi kabo-verdeli oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

İddiaya görə, Ağdam klubu da bu keçidin gerçəkləşməsində maraqlıdır. "Köhlən atlar"ın 28 yaşlı futbolçu üçün "Legiya"dan rəsmi təklif gözlədiyi bildirilib.

Qeyd edək ki, Patrik Andrade 2020-ci ilin yayından "Qarabağ"ın formasını geyinir. O, cari mövsümdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi