"Qarabağ"la oyunda topu itirdikdən sonra məni ən çox komandanın meydandakı dinamikası maraqlandırır. Bu komanda ilə oynamağın yolu meydanın rəqibə aid hissəsində onlara qarşı güclü təzyiq etmək və hücumların qarşısını almaqdır. Əks halda, təhlükəli hücumlar təşkil edə bilərlər".
"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç "przegladsportowy.pl" nəşrinə açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Eyni zamanda Polşanın U-21 yığmasına da rəhbərlik edən 50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan çempionu ilə matçda meydana fərqli "11-lik" çıxacaq: "Xüsusən, meydanın mərkəzini gücləndirməliyik. Bunu yaxşı ideya hesab edirəm. Legionerlər isə cinahlardan sürətli hücuma keçməlidirlər. Kosovo çempionu "Drita" ilə matçdan fərqli, meydana başqa heyət buraxmaq lazımdır. Çünki bu dəfə daha çox qol epizodu yaratmalıyıq".
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.