"Legiya" Azərbaycan yığmasından təklif alan futbolçu ilə anlaşıb

"Legiya" Azərbaycan yığmasından təklif alan futbolçu ilə anlaşıb Polşanın "Legiya" klubu heyətini daha bir futbolçu ilə gücləndirib
Futbol
1978
27 Yanvar , 2022 09:31
Legiya Azərbaycan yığmasından təklif alan futbolçu ilə anlaşıb
Ramil Mustafayev

Polşanın "Legiya" klubu daha əvvəl Azərbaycan yığmasından təklif almış futbolçu Ramil Mustafayevlə anlaşıb.

"Report" "Legia.net" nəşrinə istinadən xəbər verir ki, Jeşuv "Stal"ında çıxış edən 19 yaşlı müdafiəçi yeni klubunda tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

Rusiyanın Mahaçqala şəhərində anadan olmuş Mustafayev kiçik yaşlarında Polşaya köçüb. O, 2019-cu ildən "Stal"da çıxış edir. Bu mövsüm 13 oyuna 3 qol vuran sağ cinah müdafiəçisinin komandası hazırda Polşanın II Divizionunda liderdir. Mustafayevin "Legiya"nın əsas komandası ilə məşqlərə başlayacağı, amma onun oyunlarda iştirak etmə şansının az olduğu bildirilib. Onun Polşa vətəndaşlığı üçün müraciət edəcəyi də vurğulanıb.

Qeyd edək ki, müqavilə ilə "Legiya"ya məxsus olan və klubdan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Son xəbərlər

Orphus sistemi