"Latsio" "Roma"nı darmadağın etdi

"Latsio" "Roma"nı darmadağın etdi Futbol üzrə İtaliya A Seriyasında XVIII tura start verilib.
Futbol
16 Yanvar , 2021 01:42
Latsio Romanı darmadağın etdi

Futbol üzrə İtaliya A Seriyasında XVIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Latsio" və "Roma" komandaları üz-üzə gəlib. "Olimpiko" stadionunda təşkil olunmuş paytaxt derbisi nominal meydan sahiblərinin böyük qələbəsi ilə yekunlaşıb - 3:0.

"Latsio"unun qollarını Çiro İmmobile 15-ci, Luis Alberto 23-cü və 69-cu dəqiqələrdə vurub.

Bununla da xalını 31-ə çatdıran "Latsio" 7-ci pilləyə yüksəlib. 34 xala malik "Roma" isə 3-cüdür.

Son xəbərlər

Orphus sistemi