"Laçi"nin baş məşqçisi: "Penaltilər seriyasına hazırlaşmışdıq"

"Laçi"nin baş məşqçisi: "Penaltilər seriyasına hazırlaşmışdıq" "Çətin oyun alındı. "Keşlə" yaxşı komandadır. Buraya öz oyunumuzu oynamağa gəlmişdik. Daha əvvəl də bu rəqibə qarşı oynamışdıq. Qələbə qazandığımız üçün şadıq".
Futbol
28 Avqust , 2020 00:11
Laçinin baş məşqçisi: Penaltilər seriyasına hazırlaşmışdıq

"Çətin oyun alındı. Rəqibimiz yaxşı komandadır. Buraya öz oyunumuzu sərgiləməyə gəlmişdik. Daha əvvəl də bu rəqibə qarşı oynamışdıq. Qələbə qazandığımız üçün şadıq".

"Report"un məlumatına görə, bu fikirləri Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə"yə penaltilər seriyasında qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, azlıqda qaldıqdan sonra onlar üçün asan olmayıb: "Belə olan halda müdafiə olunmağa çalışdıq, daha sonra rəqibin futbolçusu qırmızı vərəqə aldı və oyunu penaltilər seriyasına daşımağı bacardıq. 2-3 qol epizodumuz olsa da, dəyərləndirə bilmədik".

Kunqu penaltilər seriyasına hazırlaşdıqlarını etiraf edib: "Buna hazır idik. Çünki bu mərhələ 1 oyundan ibarət idi".

Baş məşqçi qələbəni əzmkarlıq hesabına qazandıqlarını deyib. O, bəxt amilinin rol oynamadığını əlavə edib.

Kunqu daha əvvəl Bakıya 2 dəfə səfər etdiyini xatırladıb: "İlk dəfə "İnter"ə uduzmuşduq, daha sonra "Qarabağ" "Kukesi"də çalışdığım vaxt bizi mübarizədən kənarlaşdırdı. Bu dəfə Bakıya qələbə dalınca gəlmişdik".

Qeyd edək ki, "Keşlə" ilə oyunun əsas və əlavə vaxtı qolsuz tamamlanıb. Penaltilər seriyasında isə "Laçi" daha dəqiq olub - 5:4. 

Son xəbərlər

Orphus sistemi