La Liqa: "Real Madrid" səfərdə xal qazandı

La Liqa: "Real Madrid" səfərdə xal qazandı Futbol üzrə İspaniya çempionatının üçüncü turunun növbəti matçında "Real Madrid" "Betis"ə qalib gəlib.
Futbol
27 Sentyabr , 2020 02:38
La Liqa: Real Madrid səfərdə xal qazandı

Futbol üzrə İspaniya çempionatının üçüncü turunun növbəti matçında "Real Madrid" "Betis"ə qalib gəlib.

“Report” xəbər verir ki, qarşılaşma az sayda azarkeşin iştirakı ilə Sevilyada "Benito Vilyamarin" stadionunda keçirilib və qonaqların minimal 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Federiko Valverde və Serxio Ramos fərqlənib. Rəqibin qapısından daha bir topu Emerson keçirib.

"Betis"in heyətində isə Ayssa Mandi və Uilyam Karvalyu fərqlənib.

Zinəddin Zidanın yetirmələri bu qələbədən sonra dörd xal toplayıblar və La Liqanın yarış cədvəlində beşinci sıraya yüksəliblər.

Son xəbərlər

Orphus sistemi