La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb
Futbol
- 07 noyabr, 2022
- 22:32
Futbol üzrə İspaniya çempionatının XIII həftəsi çərçivəsində səfərdə “Rayo Valyekano”ya 3:2 hesabı ilə məğlub olan “Real Madrid” cari mövsümdə turnirdə ilk məğlubiyyətini alıb.
“Report”un məlumatına görə, qaliblərin heyətində Santi Komesana (5-ci dəqiqə), Alvaro Qarsiya (44) və Oskar Trexo (67, penaltidən) fərqlənib. Kral klubunun heyətində isə Luka Modriç (37, penaltidən) və Eder Militao (41) qola imza atıblar.
Beləliklə, “Real Madrid” turun yekununda İspaniya çempionatında liderliyi noyabrın 5-də “Almeriya”ya 2:0 hesabı ilə qalib gələn “Barselona”ya verib. Madridlilər 32, katalonlar 34 xal toplayıb. “Rayo Valyekano” 21 xalla səkkizinci yerdədir.
Növbəti turda – noyabrın 10-da “Real Madrid” “Kadis”i qəbul edəcək.
Son xəbərlər
14:16
Video
Bakı-Sumqayıt yolunda baş verən avtoqəzada xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB
Hadisə14:13
KİV: ABŞ hərbçilərinə Qətərdəki bazanı tərk etmək tövsiyə olunub
Digər ölkələr13:57
Rauf Rüstəmli: "Daha çox oynamaq şansı qazanmaq üçün "Karvan-Yevlax"a keçdim"
Futbol13:42
Naxçıvanda MAXE qəbulu elan edilib
Hərbi13:40
Video
Tailandda kranın qatarın üzərinə aşması nəticəsində ölənlərin sayı 29-a çatıb - YENİLƏNİB
Digər ölkələr13:35
KİV: İsrail və ərəb ölkələri ABŞ-dən İrana hücum etməməyi xahiş edir
Region13:34
"Qarabağ"ın növbəti iki yoxlama oyununun başlama saatı açıqlanıb
Futbol13:33
Uitkoff və Kuşner yanvarda Moskvaya səfər etməyi planlaşdırır
Region13:30