​"La Gazzetta dello Sport": "Yuventus" Gündoğan üçün 30 milyon avro təklif edib

​"La Gazzetta dello Sport": "Yuventus" Gündoğan üçün 30 milyon avro təklif edib Keçid qış transfer pəncərəsində baş tutmaya bilər
Futbol
26 Dekabr , 2015 09:51
​La Gazzetta dello Sport: Yuventus Gündoğan üçün 30 milyon avro təklif edib

Bakı. 26 dekabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu Almaniya "Borussiya"sının (Dortmund) formasını geyinən İlkay Gündoğan üçün 30 milyon avro təklif edib. "Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında danışıqlar olub.

Lakin keçid qış transfer pəncərəsində baş tutmaya bilər. Buna səbəb Dortmund klubunun baş məşqçisi Tomas Tuxelin mövsüm sonuna qədər futbolçunu itirmək istəməməsidir.

Böyük ehtimalla Gündoğanın İtaliya klubuna keçidi yay transferin pəncərəsində reallaşacaq. 

Son xəbərlər

Orphus sistemi