Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib

Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib Portuqaliyalı hücumçu məhsuldar ötürmə sayında Raulu geridə qoyub
Futbol
6 Noyabr , 2017 11:15
Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib

Bakı. 6 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib.

"Report"un La Liqanın rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu "kral klubu"nda məhsuldar ötürmə sayında son 25 ilin ən yüksək göstəricisinə imza atıb.

XI turda "Las Palmas"ı 3:0 hesabı ilə yendikləri görüş zamanı Ronaldu qolla nəticələnən 84-cü ötürməsini verib. Bu göstəricidə 32 yaşlı forvard "Real Madrid"in əfsanəsi Raul Qonsalesi geridə qoyub. Artıq karyerasını başa vurmuş Raul 83 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm İspaniya çempionatında cəmi bir qol vurub.

Son xəbərlər

Orphus sistemi