Kriştianu Ronaldu FİFA versiyası üzrə ilin ən yaxşı futbolçusu seçilib

Kriştianu Ronaldu FİFA versiyası üzrə ilin ən yaxşı futbolçusu seçilib O, bu ad uğrunda mübarizədə Messi və Neymarı qabaqlayıb
Futbol
23 Oktyabr , 2017 23:55
Kriştianu Ronaldu FİFA versiyası üzrə ilin ən yaxşı futbolçusu seçilib
www.fifa.com

Bakı. 23 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun (Madrid) portuqaliyalı hücumçusu Kriştianu Ronaldu FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

“Report” xəbər verir ki, o, bu ad uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı ("Barselona"/"PSJ") qabaqlayıb.

Ronaldu bu il "Real"ın heyətində İspaniya çempionatı, Çempionlar Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub. Potuqaliyalı futbolçu 13 oyuna 12 qol vurmaqla Çempionlar Liqası – 2016/17-nin ən yaxşı bombardiri hesab edilib.

Son xəbərlər

Orphus sistemi