Kriştianu Ronaldu Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Kriştianu Ronaldu Çempionlar Liqasında bir neçə rekorda imza atıb "Real Madrid"dəki qollarının sayını 400-ə çatdıran 32 yaşlı hücumçu klub tarixinin ən yaxşı bombardiri olub
Futbol
137
3 May , 2017 10:27
Kriştianu Ronaldu Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Bakı. 3 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu "Atletiko" ilə Çempionlar Liqasının (ÇL) ilk yarımfinal matçında bir neçə rekorda imza atıb.

"Report" xəbər verir ki, komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə "het-trik" edən portuqaliyalı hücumçu görüşün ən yaxşı futbolçusu seçilib. 

32 yaşlı hücumçu "Real Madrid"dəki qollarının sayını 400-ə çatdıraraq, klub tarixinin ən yaxşı bombardiri olub. Digər tərəfdən, o, ÇL-in "pley-off" mərhələlərində ardıcıl ikinci oyunda "het-trik" edən ilk futbolçu kimi tarixə düşüb.

Ronaldu bundan əvvəl Almaniya "Bavariya"sı ilə 1/4 final mərhələsinin cavab görüşündə 3 qol vurub. Həmin matçda "kral klubu" əlavə vaxtda 4:2 hesablı qələbə qazanıb.

Portuqaliyalı forvard həm də Çempionlar Liqasındakı "het-trik" sayında "Barselona"lı Lionel Messiyə çatıb. Hazırda hər iki hücumçunun belə göstəricilərinin sayı 7-dir.

Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"ə 2009-cu ildə İngiltərənin "Mançester Yunayted" klubundan keçib.

Son xəbərlər

Orphus sistemi