"Krasnodar" klubunun baş məşqçisi mükafata layiq görülüb
Futbol
- 02 dekabr, 2015
- 06:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov mükafata layiq görülüb. "Report"un məlumatına görə, 49 yaşlı mütəxəssis qonşu ölkədə 2014/2015 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.
Rusiya Futbol İttifaqının təsis etdiyi nominasiyanın qalibini qurumun Peşəkar Futbol Departamentinin rəhbəri Sergey Kulikov təbrik edib. Departament rəhbəri qalibin mükafatını Premyer Liqanın XVII turunda keçirilmiş "Krasnodar" - "Rostov" oyununda təqdim edib.
Qeyd edək ki, "Krasnodar" dekabrın 10-da "Qəbələ"nin qonağı olacaq.
Son xəbərlər
14:19
Beynəlxalq maliyyə institutlarının Azərbaycana investisiyaları 4 dəfədən çox artıb
Maliyyə
14:18
"Kəpəz"in futbolçusu Viktor Stina Moldova millisinə dəvət alıb
Futbol
14:15
Azərbaycan və Ukrayna Mingəçevirdə su anbarı tipli elektrik stansiyasının tikintisini müzakirə ediblər
Energetika
13:59
Pərviz Şahbazov: "Bakı Kiyevlə enerji tərəfdaşlığını dərinləşdirməyi hədəfləyir"
Energetika
13:52
"Barselona" son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb
Futbol
13:51
Surinam özəl sektoru iqtisadi siyasətin hazırlanmasına daha fəal cəlb etmək niyyətindədir
Xarici siyasət
13:42
İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır
Xarici siyasət
13:42
Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib
Xarici siyasət
13:40
Hərbi və fövqəladə vəziyyətdə tibbi sığorta xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək
Daxili siyasət