Konfrans Liqası: "Zirə" - "Osiyek" matçının biletləri satışa çıxarılır
Futbol
- 12 avqust, 2024
- 07:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Zirə" klubunun Bakıda Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılır.
"Report" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən ala biləcəklər.
Qiymətlər sektorlara görə 2, 5, 10 və 20 manat təşkil edir.
Biletləri Zirə İdman Kompleksindən, "Dalğa Arena"dan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, avqustun 15-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək. Xorvatiyadakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.
Son xəbərlər
04:31
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
Komanda
04:16
Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb
Digər ölkələr
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr
03:08
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
Futbol
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol