Konfrans Liqası: "Qarabağ"ın oyunlarının başlama saatı açıqlanıb

Konfrans Liqası: "Qarabağ"ın oyunlarının başlama saatı açıqlanıb Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 21:45-ə təyin olunub
Futbol
14 Dekabr , 2021 09:24
Konfrans Liqası: Qarabağın oyunlarının başlama saatı açıqlanıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"inə qarşı keçirəcəyi oyunların başlama vaxtı açıqlanıb.

"Report" xəbər verir ki, fevralın 17-də Marsel şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 21:45-ə təyin olunub.

Qeyd edək ki, "Qarabağ" H qrupunu 11 xalla ikinci pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi