Konfrans Liqası: "Neftçi" Bosniya və Herseqovinadan sərfəli nəticə ilə qayıdır

Konfrans Liqası: "Neftçi" Bosniya və Herseqovinadan sərfəli nəticə ilə qayıdır Bosniya və Herseqovinada UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Jelezniçar" və "Neftçi"nin start heyətləri bəlli olub.
Futbol
27 iyul 2023 21:04
Konfrans Liqası: Neftçi Bosniya və Herseqovinadan sərfəli nəticə ilə qayıdır

"Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, "ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olub. "Qrbavitsa" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu meydan sahibləri vurublar. 12-ci dəqiqədə Cenan Haraçiç komandasını önə keçirib. Azərbaycan təmsilçisi 42-ci dəqiqədə Aleksandar Kosoriçin avtoqolu ilə tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 10-cu dəqiqədə Cozef Amoanın qoluna mane ola bilməyən bakılılar yenidən məğlub duruma düşüblər. Buna baxmayaraq, 90+5-ci dəqiqədə Rəhman Hacıyev əla zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Yeri gəlmişkən, Türkiyə klubu ilk matçda inamlı qələbə qazanıb - 3:1.

01:00

Bosniya və Herseqovinada "Jelezniçar" ilə "Neftçi" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda 4-cü qol vurulub.

"Report"un məlumatına görə, 90+5-ci dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev əla zərbə ilə hesabı bərabərləşdirib - 2:2.

00:10

Bosniya və Herseqovinada "Jelezniçar" ilə "Neftçi" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra "ağ-qaralar" rəqibinə 1:2 hesabı ilə uduzur.

23:55

Bosniya və Herseqovinada "Jelezniçar" ilə "Neftçi" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, meydan sahibləri 45+10-cu dəqiqədə yenidən üstünlüyü ələ keçiriblər - 2:1. "Jelezniçar"ın heyətində Cozef Amoa fərqlənib.

Beləliklə, "ağ-qaralar" fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıblar.

23:43

Bosniya və Herseqovinada "Jelezniçar" ilə "Neftçi" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 42-ci dəqiqədə Aleksandar Kosoriçin avtoqolu ilə hesabı bərabərləşdirib.

23:13

Bosniya və Herseqovinada "Jelezniçar" və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 12-ci dəqiqədə fərqlənən Cenan Haraçiç meydan sahiblərini önə keçirib.

23:00

Bosniya və Herseqovinada "Jelezniçar" və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, "Qrbavitsa" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Görüşü estoniyalı FIFA referisi Yuri Frişer idarə edir.

Qeyd edək ki, komandaların cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti mərhələdə "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

21:53

Bosniya və Herseqovinada UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Jelezniçar" və "Neftçi"nin start heyətləri bəlli olub.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Jelezniçar": 1. Edis Mulaliç, 5. Aleksandar Kosoriç, 19. Amar Drina, 33. İrfan Yaşareviç, 8. Nedim Mekiç, 18. Edin Biber, 7. Süleyman Krpiç, 17. Andriya Drlyo, 26. Cozef Amoa, 9. Cenan Haraçiç
Baş məşqçi: Nermin Başiç

"Neftçi": 1. İvan Brkiç, 4. Mark Tamaş, 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 23. Ataa Cabir, 26. Ömər Buludov, 44. Yuri Matias
Baş məşqçi: Adrian Mutu

Qeyd edək ki, bu gün “Qrbavitsa” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi