Konfrans Liqası: Əliyar Ağayev pley-off oyununa təyinat alıb

Konfrans Liqası: Əliyar Ağayev pley-off oyununa təyinat alıb Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Futbol
13 Avqust , 2022 09:19
Konfrans Liqası: Əliyar Ağayev pley-off oyununa təyinat alıb
Əliyar Ağayev

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

"Report"un məlumatına görə, 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi