Konfrans Liqası: "Qarabağ" Kiprdə AEL-lə heç-heçə edib - VİDEO

Konfrans Liqası: "Qarabağ" Kiprdə AEL-lə heç-heçə edib - VİDEO Kiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Futbol
5 Avqust , 2021 23:13
Konfrans Liqası: Qarabağ Kiprdə AEL-lə heç-heçə edib - VİDEO

"Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi Kiprdə AEL-in qonağı olub.

Matç 1:1 hesabı ilə bitib. Stefan Şçepoviç penaltidən fərqlənməklə meydan sahiblərini önə keçirib. 90+3-cü dəqiqədə isə Abdullah Zubir bərabərlik qoluna imza atıb.

“AEK Arena”dakı azarkeşlər qoldan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatıdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.

23:01

“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə səfər oyununda məcburi fasilə yaranıb.

“Report”un məlumatına görə, “AEK Arena”ya toplaşan azarkeşlər 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolundan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildirib.

Oyunda məcburi fasilə yaranıb.

22:30

Kiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 69-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Stefan Şçepoviç penaltidən fərqlənməklə komandasını önə keçirib.

Qeyd edək ki, qarşılaşma Larnaka şəhərindəki "AEK Arena"da oynanılır.

Son xəbərlər

Orphus sistemi