Komanda yoldaşı Ronalduya görə karantinə alına bilər
Futbol
- 14 oktyabr, 2020
- 08:35
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Brunu Fernandeş 14 günlük karantinə alına bilər.
"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, səbəb onun Portuqaliya yığmasındakı komanda yoldaşı Kriştianu Ronaldunun koronavirusa yoluxmasıdır.
Britaniya hökumətinin təlimatlarına əsasən, koronavirus xəstəsi ilə təmasda olan şəxs ölkəyə qayıtdıqdan sonra 14 günlük karantinə alınmalıdır. Bu qaydanın portuqaliyalı oyunçuya şamil edilməmə ehtimalı da var. Belə olacağı təqdirdə, Fernandeş "qırmızı şeytanlar"ın heyətində qarşıdakı 4 oyunu buraxacaq.
Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun koronavirusa yoluxduğunu ötən gün açıqlayıb. Yığma bu gün Millətlər Liqasının IV tur matçında İsveçi qəbul edəcək.
Son xəbərlər
16:36
Boks üzrə gənclər arasında Azərbaycan çempionatı keçiriləcək
Fərdi16:35
Türkiyə XİN Sudana başsağlığı verib
Region16:17
Ceyhun Bayramov Hakan Fidanla ikitərəfli və regional məsələləri müzakirə edib
Xarici siyasət16:02
Sudanda köçkünləri daşıyan avtomobilə PUA hücumu nəticəsində 24 nəfər ölüb
Digər ölkələr16:01
Amerikalı idmançı İtaliyadakı Qış Olimpiya Oyunlarında ağır zədə alıb
Fərdi15:53
Leyla Əliyeva Alena Əliyeva ilə Göygölə səfərindən paylaşım edib
Daxili siyasət15:51
Azərbaycan Basketbol Liqasının XVI turunda "Abşeron Lions" "Şəki"ni məğlub edib
Komanda15:49
KİV: Takaiçinin hakim bloku seçkilərdə qalib gəlir
Digər ölkələr15:43