Komanda yoldaşı ilə dalaşan tanınmış futbolçu İngiltərə millisinin oyunundan kənarlaşdırılıb

Komanda yoldaşı ilə dalaşan tanınmış futbolçu İngiltərə millisinin oyunundan kənarlaşdırılıb İngiltərə millisinin futbolçusu Rahim Sterlinq AVRO-2020-nin seçmə mərhələsində Montoneqro ilə keçiriləcək oyunun iştirakçıları sırasından kənarlaşdırılıb.
Futbol
12 Noyabr , 2019 11:09
Komanda yoldaşı ilə dalaşan tanınmış futbolçu İngiltərə millisinin oyunundan kənarlaşdırılıb

İngiltərə millisinin futbolçusu Rahim Sterlinq AVRO-2020-nin seçmə mərhələsində Montoneqro ilə keçiriləcək oyunun iştirakçıları sırasından kənarlaşdırılıb.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, səbər 25 yaşlı hücumçunun yığmadakı komanda yoldaşı Co Qomeslə dalaşmasıdır. “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının ötən turunda “Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib.

O, əlbəyaxa olduğu Qomesin boğazından tutub. Nəticədə baş məşqçi Qaret Sautqeyt Sterlinqi yığmadan kənarlaşdırıb. Lakin futbolçunun adı Monteneqro ilə qarşılaşmanın rəsmi iştirak ərizəsində saxlanılacaq.

Sautgeyt qərarı bütün komandanın razılığı ilə qəbul etdiyini bildirib. 

Qeyd edək ki, İngiltərə millisi noyabrın 14-də Montoneqronu qəbul edəcəyi halda, 3 gün sonra Kosovonun qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi