Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəlib

Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəlib Futbol üzrə klublararası dünya çempionatında digər finalçının adına aydınlıq gəlib.
Futbol
9 Fevral , 2022 22:21
Klublararası dünya çempionatı: Çelsi finala yüksəlib

Futbol üzrə klublararası dünya çempionatında digər finalçının adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, yarımfinalda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 1:0 hesabı ilə məğlub edən İngiltərənin "Çelsi" klubu həlledici qarşılaşmada oynamaq hüququ qazanıb. Yeganə qolu 32-ci dəqiqədə Romelu Lukaku vurub.

"Zadəganlar"ın finaldakı rəqibi Braziliya "Palmeyras"ı olacaq. 3-cü yer uğrunda matçda isə "Əl-Hilal" və "Misirin "Əl-Əhli" klubları üz-üzə gələcəklər. Hər iki görüş fevralın 12-də keçiriləcək

Qeyd edək ki, klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunur.

Son xəbərlər

Orphus sistemi