Klopp: Salah zədəsini sağaltmaq üçün “Liverpul”a qayıdacaq

Klopp: Salah zədəsini sağaltmaq üçün “Liverpul”a qayıdacaq Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunda aldığı zədəsini sağaltmaq üçün “Liverpul”un düşərgəsinə qayıdacaq.
Futbol
22 Yanvar , 2024 01:16
Klopp: Salah zədəsini sağaltmaq üçün “Liverpul”a qayıdacaq

Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunda aldığı zədəsini sağaltmaq üçün “Liverpul”un düşərgəsinə qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalist Lyuis Stili sosial şəbəkədə “Liverpul”un baş məşqçisi Yurgen Kloppdan sitat gətirib.

“Salahın “Liverpul”da bərpa prosesi keçəcəyi nəzərdə tutulub. Hazır olarsa, yəqin ki, Afrika Millətlər Kubokunda finalda çıxış etmək üçün yığmaya qayıdacaq”, – almaniyalı çalışdırıcı söyləyib.

Misir Futbol Assosiasiyası futbolçunun millinin düşərgəsini tərk edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Qanaya qarşı oyunda (2:2) belindən zədələnib.

Xatırladaq ki, daha öncə Misir Futbol Assosiasiyası Salahın zədə səbəbindən buraxacağı oyunların sayını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi