Kilian Mbappe Fransa yığmasının İtaliya ilə oyununu buraxacaq
- 11 noyabr, 2026
- 18:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Fransa yığmasının və İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının V turunda İtaliyaya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu barədə Fransanın "L"Équipe" nəşri məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı futbolçu budun arxa əzələsində yaranan narahatlıq səbəbindən noyabrın 12-də baş tutacaq qarşılaşmanı buraxmalı olacaq.
Mbappenin UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda meydana qayıtması gözlənilir. Fransa millisi noyabrın 15-də öz meydanında Türkiyə yığmasını qəbul edəcək.
Qeyd edək ki, Mbappe cari mövsümdə "Real"ın heyətində La Liqa və UEFA Çempionlar Liqasında 16 oyuna çıxıb. Fransalı hücumçu bu görüşlərdə 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.