Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə start verilib.
"Report"un məlumatına görə, açılış matçında "Sumqayıt" və "Keşlə" komandaları üz-üzə gəliblər. Avrokubok iştirakçılarının "Kapital Bank Arena"dakı görüşünün taleyini bir qol həll edib.
İlk hissədə "Sumqayıt"ın heyətində Rəhim Sadıxov penaltini qola çevirə bilməyib. Onun zərbəsi qapı tirinə tuş gəlib.
90+4-cü dəqiqədə isə Azər Salahlı mövsümün ilk qolunu vuraraq "Keşlə"yə səfərdə qələbə qazanıdırıb.
Günün ikinci matçı saat 20:30-da "Bakcell Arena"da baş tutacaq. "Neftçi" doğma meydanda "Səbail"i sınağa çəkəcək.
Qeyd edək ki, turun digər matçı avqustun 22-də olacaq. Son çempion "Qarabağ" "Sabah"la görüşəcək. Tura avqustun 23-də "Qəbələ" - "Zirə" dueli ilə yekun vurulacaq.