"Keşlə" - "Sabah" oyununda qalib müəyyənləşmədi

"Keşlə" - "Sabah" oyununda qalib müəyyənləşmədi Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti görüşü "Keşlə" və "Sabah" komandaları arasında olub
Futbol
17 Aprel , 2021 19:57
Keşlə - Sabah oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti görüşü "Keşlə" və "Sabah" komandaları arasında olub.

"Report"un məlumatına görə, "ASK Arena"da keçirilmiş oyun qolsuz yekunlaşıb.

Bu nəticədən sonra "Sabah" 21 xalla 7-ci, "Keşlə" 20 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun gününün "Səbail" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 1:1. "Sumqayıt" isə "Qəbələ"ni 2:0 hesabı ilə yenib. Tura saat 20:15-də başlanacaq "Neftçi" - "Zirə" oyunu ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi